Deyiləsi söz yoxdu!
GERÇEK DOSTLUK BÖYLE OLUR
Çok samimi iki dost ve arkadaşlardı. Fakat bir tanesi çok kurnaz atılgan ve hareketli, diğeri ise çok saf, dürüst ve sessizdi. Bir gün kurnaz olan arkadaş , diğer arkadaşın yanına giderek işlerinin bozulduğunu söyler ve kendisinden para ister. Samimi dostu onu hiç kırmaz ve elindeki bütün parayı arkadaşına verir. Arkadaşı bu parayla işlerini düzeltir. Bir süre sonra kurnaz olan yine arkadaşının yanına gider ve arkadaşının evlenmek üzere olduğu nişanlısını çok beğendiğini ve kendisine vermesini ister. Arkadaşı çok şaşırır, ne diyeceğini bilemez.Fakat aralarında o kadar kuvvetli bir sevgi vardır ki arkadaşına hayır diyemez, nişanlısını arkadaşına verir. Davamı
Ötən il Azərbaycanda 48 nəfər QİÇS-dən dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2007-ci ildə Azərbaycanda 441 yeni HİV-ə yoluxma faktı qeydə alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onların 437-i Azərbaycan, 4-ü xarici vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşının 382-si (87,4%) kişi, 55-i (12,6%) qadındır. 2007-ci ildə HİV-ə yoluxanların əksəriyyəti - 271 nəfəri (62%) inyeksion narkotiklərin istifadəçiləridir. Ötən il Azərbaycanda QİÇS-dən 48 nəfər dünyasını dəyişib. Ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-2007-cı illər ərzində ümumilikdə 1379 nəfərdə HİV-ə yoluxma faktı qeydə alınıb. Onların 59-u əcnəbi, 1320-i isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1117-i (84,6%) kişi, 203-ü (15,4%) qadındır. QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 195, QİÇS mərhələsinə keçənlərin sayı isə 294 nəfərdir. Azərbaycanın 1320 vətəndaşından 790-da (59,8%) HİV-ə yoluxma inyeksion narkotiklərin istifadəsi, 281-də (21,3%) heteroseksual, 12-də (0,9%) homoseksual cinsi əlaqələr, 11-də (0,8%) anadan uşağa keçməklə, 1-də (0,1%) parenteral (tatuaj) yolla, 1-də isə (0,1%) donor qanının köçürülməsi nəticəsində baş verib, 224 nəfərdə (17%) yoluxma yolunu müəyyənləşdirmək mümkün olmayıb. HİV-ə yoluxmuş 1320 şəxsdən 209 nəfərinin (15,8%) respublikadan kənarda yoluxduğu müəyyənləşdirilib. 1992-2007-cı illər ərzində 416 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. 11 ailədə ata-ana-uşaq, 99 ailədə ər-arvad, 285 ailədə yalnız kişi, 21 ailədə yalnız qadın yoluxub.
M: APA www.apa.az
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramının Şərtləri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı ARDNŞ-in Təqaüd Proqramı neft sənayesinin tələbatına uyğun ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət edir. Təqaüdlər fərdi xarakter daşıyır.ARDNŞ-in Təqaüd Proqramı üzrə müsabiqədə orta və ali təhsilli şəxslər (bakalavr və magistrlar) iştirak edə bilərlər.
ARDNŞ-in təqaüdünə layiq görülmək üçün başlıca şərt namizədin Azərbaycan dilini və təhsil alacağı universitetin tələb etdiyi dili mükəmməl bilməsi, eləcə də göstərilmiş digər tələblərə cavab verməsidir. Davamı
Bakı, Bakı, Bakı……
Bir vaxtlar var idi Bakı avropanın elitləri arasında yaman məşhur şəhər idi, cunki inkişaf edirdi, bu şəhər avropalılara ekzotik gəlirdi, bu şəhərdə neft var idi, bu şəhərdən tələbələr gedirdilər Avropaya oxumağa və s.
Sovet vaxtı isə tam başqa idi hər şey. Bakıda hər şey öz qaydasında idi…..
Amma indi ele bil ki, Bakıya nəsə olubdu…..





Yüklənir...
