42 YÜKSƏK İNKİŞAFLI ÖLKƏ ARASINDA 3 KEÇMİŞ SSRİ RESPUBLİKASI DA VAR

May 16, 2008 · Kateqoriya: Ordan-burdan 

BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına görə, inkişaf etmiş və etməkdə olan ölkələrdə adambaşına düşən gəlirlər arasında fərq son yeddi ildə 20 dəfədən 16-dəfəyə düşüb.

Hazırda inkişaf etmiş ölkələr siyahısına 42 ölkə, o cümlədən üç keçmiş SSRİ respublikası - Litva, Latviya və Estoniya daxildir. BMT inkişaf etməkdə olan ölkələr siyahısına 218 ölkəni aid edib. Rusiya və başqa MDB ölkələri UNCTAD-ın hesabatında keçid iqtisadiyyatlı ölkələr kimi yer alıb. Keçmiş Yuqoslaviya, Albaniya, Bolqarıstan və Rumıniya ilə birgə bu siyahıya 19 ölkənin adı salınıb.


İnkişaf etmiş 42 ölkədə dünya əhalisinin cəmi 16 faizi yaşasa da, planet üzrə ümumi daxili məhsulun 73%-i bu ölkələrdə istehsal olunur. 1992-ci ildə bu göstərici 80% təşkil edirdi.

Hesablamalara görə, 2003-cü ildən bəri inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə adambaşına ümumi daxili məhsul istehsalı hər ili 5,1 və 7,5% faiz artıb. Yüksək inkişaflı ölkələrdə bu göstərici 2% olub.

2004-cü ilə olan rəqəmlərə əsaslansaq, inkişaf etmiş ölkələrdə gündə1 dollardan az qazanan adamların sayı 1990-cı ildəki 1,25 milyard nəfərdən 980 milyona enib.

Mənbəə: www.mediaforum.az

Şərhlər

Cavab yaz