Təhsilimizdə rüşvətlə bağlı monitorinqlərin nəticələri
Ən çox rüşvət alınan ali məktəblərin adı məlum oldu Araşdırmalara görə, Pedaqoji Universitet və Neft Akademiyasında rüşvətxorluq daha total şəkil alıb Məlumat verdiyimiz kimi, Gənc Vətənpərvərlər Hərəkatı (GVH) ali təhsil ocaqlarında imtahan sessiyası ilə bağlı monitorinq keçirməyi qərara almışdı. Iki həftə ərzində ali məktəblərdə aparılan monitorinqlərin nəticələri isə mayın 22-də açıqlanıb. Aparılan araşdırmalar zamanı əsasən hal-hazırda ali məktəblərdə imtahan və yoxlama üzrə alınan rüşvətin səviyyəsi və tələbələrin şikayətləri müəyyənləşdirilib. Bildirək ki, imtahan sessiyası dövründə əsasən dövlət universitetlərində monitorinqlər aparılıb. Özəl ali məktəblərdə isə proses davam edir və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək. Monitorinqin nəticələri aşağıdakı kimidir: Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) faktiki dönəmdə ölkənin ən rüşvətxor təhsil ocağı sayılır. Belə ki, ADPU-da sonuncu imtahan sessiyası zamanı alınan rüşvətin həddi ötən ilə nisbətən 15 faiz artıb. Monitorinq zamanı bəlli olub ki, indiki imtahan sessiyasında bu ali məktəbdə tələbələrdən tələb olunan rüşvətin orta həddi 50 manatdan bir qədər çoxdur. Ən bahalı imtahan isə kimya fakültəsində qeydə alınıb ki, bu da 100 manata bərabərdir. Ikinci sırada Azərbaycan Dövlət Netf Akademiyası dayanır. Monitorinlərin nəticələrinə görə, ADNA-da imtahan və zaçotlara görə tələbələrdən istənilən rüşvət ötən ilə nisbətən 12 faiz artıb. Belə ki, hazırda bu təhsil ocağında “zaçot”lar üzrə orta qiymət 35 manat, imtahanlar isə 45 manat təşkil edir. ADNA-nın rüşvətxorluqda adı hallanan ən “aparıcı” fakültəsi isə Kimya-Texnologiya hesab olunur. Üçüncü sırada isə Azərbaycan Dövlət Iqtisad Universiteti dayanır. Bildirək ki, bu təhsil ocağında vəziyyət digərlərinə nisbətən daha ağır sayılmalıdır. Çünki həmin ali məktəbdə rüşvət alma açıq şəkildə həyata keçirilir və bunun üçün hər hansı bir məsuliyyət daşıyan yoxdur. Onu da bildirək ki, ADIU-da da qiymətlərin orta həddi təqribən 35-45 manat aralığında dəyişir. ADIU-nun beynəlxalq iqtisadi münasibətlər fakültəsində isə bu rəqəm 120 manata qədər dəyişir. Dördüncü sırada Bakı Dövlət Universiteti (BDU) dayanır ki, bunu da şərtləndirən səbəblər var. Monitorinqin nəticələrinə görə, BDU-da imtahan və zaçotların qiymətlərində artım ötən ilə nisbətən 10 manat olub. Hazırda bu ali məktəbdə qiymətlər 25-150 manat aralığında dəyişir. Ən yüksək rüşvət alma halları isə hüquq fakültəsində müşahidə olunur. Burada qiymətlər hətta 500 manata qədər arta biləndir. Monitorinlərin nəticələrinə görə, Texniki Universitetdə orta qiymətlər 20-60 manat, Inşaat və Memarlıq Universitetində 30-50 manat, Incəsənət Universitetində 20-40 manat təşkil edib. Digər ali təhsil ocaqlarında da qiymətlər təqribən bu istiqamətdə dəyişir.
Mənbəə:
http://azadliq.az/index.php?subaction=showfull&id=1211549262&archive=&start_from=&ucat=2
Şərhlər
3 Şərh to “Təhsilimizdə rüşvətlə bağlı monitorinqlərin nəticələri”
Cavab yaz



Yüklənir...

MEN AZTU-nun 2-ci kurs telebesiyem. Duzu bu “universitete” giren gunu(O GUNE ASTEROID DUSHEYDI) ele bilirdim ki, OXFORD-a girmishem amma indi “it” kimi peshman olmusham. Kash Xezer ve ya QAfQAZ universitetlerinden birini yazardim. 11-ci sinif shagirdlerine Qardash mesleheti, biz artiq bu zibile dushmushik siz hach olmasa bashiniza bir chare qilin. Ozel uni-leri yazin. Gedin Xaricde 10-cu seviyyele bir uni-de oxuyun, amma bura yaxin gelmeyin. Sualimda budur ki, deyilene gore tehsil milletin geleceyidi, Goresen Tehsilsizlik milletin neyidi?
Men Mingəçevir Politexnik institutunun Tələbəsiyəm–Bizim İnstitutda onu deyə bilərəm ki, ozüm oxuyub imtəhanları da özüm verirəm və heç kim də mənə maneəçilik törətmir. Halal olsun bizim İnustuta ve mellimlərə –region İnustutu olsa da bezi dirnaqarasi (yuxarida sadaladiğiniz) universitetleərdən həm tehsildə həm də ki, səviyyədə üstündür—vallah men yazdiqlarinizi görüb dəhşətə gəlirəm və Allaha şükr eləyirəm ki men peşman deyiləm—İnşallah da ki, inustutu bitirən kimi də harda istəyirəm işləyə bilərəm-təbii ki bu herenin öz ferasətindən asilidir—
eziz abuturiyentlər MİNGƏÇEVİR POLİTEXNİK İNUSTUTU sizin üçün peşmançiliq çekmeyeceyiniz bir seçim ola bilər düşünün!!!!!!!!
Artiq Azerbaycan Diller Universitetini bir neche il olar ki, bitirmish olsam da, oxudughum muddet erzinde telebelerle rehberlik arasinda emekdashliq, telebelerin etirazlarinin qebul edilmesi deyerdim ki, yaxshi seviyyede olub ki, bu da tebii ki, bir chox rushvetxor muellimlerin ozbashinalighinin qarshisini almish olur.Elbette xoshagelmez hallarsiz kechinmek mumkun deyil, her yerde oldughu kimi. Amma eger menim oxudughum iller erzinde bir qepik de pulum chixmayibsa, demek bunu her kes ede biler, nezere alsaq ki, qiymet almaq uchun bizden hech de q/adi bacariqlar teleb olunmayib.Esas odur ki, rehberlik bunda maraqli olmush olsun, yox eger maraqli deyilse, onda elbette ki, telebeler uchun ciddi problemler yaranmish olur.