Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları və universitetlərin siyahısı

June 9, 2008 · Kateqoriya: Azərbaycan, Təhsil və təqaüd 

“Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın təsdiq edilməsi haqqında

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmişdir

Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim
Q A Y D A L A R I

1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən hazırlanmışdır və xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir.
1.2. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na (bundan sonra - Proqram) uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və bu Qaydaların 2-ci və 3-cü bəndlərinin tələblərinə cavab verən Azərbaycan vətəndaşları sırasından seçilir.
1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il ölkənin gələcək iqtisadi, sosial və mədəni inkişaf perspektivlərini nəzərə alaraq sahələr, ixtisaslar, təhsil proqramı və pillələri üzrə kadr ehtiyaclarına olan tələbatı aidiyyəti nazirlik, idarə və təşkilatlarla birlikdə müəyyənləşdirir və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya ((bundan sonra – Komissiya) təqdim edir.
1.4. Tələbə göndəriləcək xarici təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmaqla, ən optimal variantda xarici təhsil ocaqlarının seçilməsi haqqında təkliflər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilərək Komissiyaya təqdim edilir.
1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir.
1.6. Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələbələrin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
1.7. Proqramın icrasında şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmin Proqram üzrə xüsusi internet səhifəsi yaradılır və bütün məlumatlar vaxtında və tam həcmdə orada yerləşdirilir.

2. Xarici ölkələrdə ali təhsil (bakalavr dərəcəsi) almaq istəyən iddiaçılara irəli sürülən tələblər
2.1. Xaricdə ali təhsil (bakalavr dərəcəsi) almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:
2.1.1. ümumi orta və ya orta ixtisas təhsilinə malik olanlar;
2.1.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alanlar;
2.1.3. ilk dəfə olaraq ali təhsil (bakalavr dərəcəsi) almaq məqsədi ilə təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan və burada təhsil alanlar;
2.1.4. bu bəndin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar;
2.1.5. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər;
2.1.6. bu bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslərin (artıq xarici ali təhsil müəssisələrində təhsil alanların) cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmamalıdır.
2.2. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dilinə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq olunmuş tələblər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
2.3. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
a) ərizə-əsaslandırma;
b) doldurulmuş anket;
c) ümumi orta təhsil haqqında və ya orta ixtisas təhsili haqqında notarial qaydada təsdiq edilmiş sənədin surəti;
ç) ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd;
d) tələb olunan tədris dili imtahanının (TOEFL, İELTS və sair) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
e) bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili, və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş zəmanət məktubu;
ə) fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
f) sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
g) 2-ci bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslər üçün bu bəndin a), b), c), d), ə) və f) yarımbəndlərində göstərilən sənədlər və xarici ölkənin ali təhsil müəssisəsində müvəffəqiyyətlə (ən azı 4 bal və ya onun ekvivalenti) təhsil almaları barədə həmin ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş sənədlər.

3. Xarici ölkələrdə magistr, elmlər namizədi, elmlər doktoru dərəcəsi almaq istəyən iddiaçılara irəli sürülən tələblər
3.1. Xarici ölkələrdə magistr, elmlər namizədi, elmlər doktoru dərəcəsi almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:
3.1.1. bakalavr dərəcəsinə malik olanlar (yalnız magistr dərəcəsi almaq istəyən iddiaçılar üçün);
3.1.2. magistr dərəcəsinə malik olanlar;
3.1.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavrdan yuxarı təhsil pillələrində təhsil alanlar;
3.1.4. təsdiq edilmiş prioritet ixtisaslar və təhsil pillələri üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan, təhsil almaq üçün dəvət alan, hazırda təhsil alan şəxslər;
3.1.5. bu bəndin 3.1.1-ci yarımbəndində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplamalıdırlar;
3.1.6. bu Qaydaların 3-cü bəndində qeyd olunan bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır;
3.1.7. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər;
3.1.8. elmlər namizədi və ya elmlər doktoru (PhD) dərəcəsi almaq istəyən iddiaçılar yuxarıda qeyd olunmuş tələblərdən əlavə, magistr dərəcəsinə malik olmalı, xarici təhsil müəssisələrinə özləri qəbul olunmalıdırlar.
3.2. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dilinə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq edilmiş tələblər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
3.3. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
a) ərizə-əsaslandırma;
b) doldurulmuş anket;
c) iş yerindən və təhsil aldığı ali məktəbdən zəmanət məktubu;
ç) notarial qaydada təsdiq edilmiş ali təhsil haqqında diplomun və ya magistr diplomunun və ya elmlər namizədi diplomunun surətləri (əlavələrlə birlikdə);
d) xarici dil imtahanının və tələb olunan digər imtahanların verilməsi üzrə müəyyən olunmuş müvafiq rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
e) digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin surətləri (mövcud olduğu halda);
ə) sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
f) bu bəndin 3.1.4-cü yarımbəndində qeyd olunan şəxslər üçün a), b), ç), d), e) və ə) yarımbəndlərində göstərilən sənədlər və xarici ali təhsil müəssisəsində müvəffəqiyyətlə (ən azı 4 bal və ya onun ekvivalenti) təhsil almaları barədə həmin ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş sənədlər (təhsil alanlar üçün);
g) elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı.

4. Xarici ölkədə təhsil almaq məqsədi ilə seçim edilməsi
Xarici ölkədə təhsil almaq istəyən iddiaçılar barədə məlumatlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən seçim edilməsi və təqaüdçülərin siyahısının təsdiq olunması üçün Komissiyaya təqdim edilir.

5. Xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi
5.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqaviləni mütləq olaraq aşağıdakıları daxil etməklə bağlamalıdır:
a) müqavilənin predmeti;
b) tərəflərin hüquq və vəzifələri;
c) təhsil müddəti və şərtləri;
ç) təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycan Respublikasına qayıtması barədə şərt;
d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major (fövqəladə) hallar.
5.2. Müqavilə təqaüdçülərə təhsil üzrə bütün xərclərini ödəmək üçün və xarici tərəfdaşlara maliyyə vəsaitinin köçürülməsi üçün əsas götürülür.
5.3. Hər tədris ilinin yekununda tələbələrin tədris aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdimatı ilə Komissiyada müzakirə olunur və Komissiyanın qərarına əsasən proqramdan çıxarılır.
5.4. Təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır.
5.5. Təqaüdçü müqavilədə göstərilmiş fors-major (fövqəladə) hallar nəticəsində öz öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə məsuliyyət daşımır.

Universitetlərin siyahısı üçün gir

Şərhlər

62 Şərh to “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları və universitetlərin siyahısı”

  1. emin on June 11th, 2008 10:04 am

    Men oyrenmek isterdim ki beynelxalq mnasibetler ixtisasi uzre xaricde tehsil almaq mumkundurmu ?? mumkundurse hansu uni de??Thanks in advance

  2. Umman on June 11th, 2008 10:04 pm

    salam!
    Azerbaycan Tibb Universitetini bitirmis telebeler magistratura proqrami uzre xaricde tehsil almaq imkanina malikdirlermi?
    Eger mumkundurse nece?
    Yeni bizim respublikada ATU-nun magistratura derecesi yoxdur…….
    Bu hqda bilmek isterdim……

  3. Jale on June 13th, 2008 6:28 pm

    mem Azerbaycan Tibb Universitetinin 2 kurs telebesiyem bilmek isteyirem tehsilimi hansi olkede davam etdire bilerem ve bunlar u4un ne lazimdir

  4. admin on June 14th, 2008 2:26 pm

    Elave suallasr ucun TQDK-aya muraciet edin. Meslehet gorerdik ki, ixtisaslarinizla bagli suallarin cavablarini universitetlerin web site-larindanda axtarasiniz.

  5. Lale on June 18th, 2008 6:36 pm

    Salam,

    Anladigim geder musabige acig elan edilib. Bes lazim olan anketi haradan goture bilerik? ve erize formasinin yazilisho gaydasi yegin ki vardir, onun nusxesini haradan ala bilerik? Bu ishle tam TQDK yoxsa Tehsil Nazirliyi meshgul olur, yeni lazim olugda hara muraciet edek? Zehmet olmasa bu suallari cavablandirardiniz.
    Onceden teshekkur edirem!

    Hormetle,

    Lale

  6. admin on June 18th, 2008 6:42 pm

    Bildiyim qederi ile melumati hem tqdk-dan hemde tehsil nazirliyinden almaq olar, yeqin ki anketleride oralardan elde etmek olar.Online hec bir sey yoxdu.

    Ugurlar!

  7. günay on June 19th, 2008 9:34 am

    mən bu il instituta verirəm Türkiyede oxumaq istiyirem nece verim bütun şertlere raziyam

  8. Vuqar on June 23rd, 2008 10:29 pm

    Salam

    Men bir seyi oyren mek isteyerdim.
    Deyek ki men ozum universitetle elage qursam, apply elesem, ve onlar meni qebul etseler, bele bir halda men tehsil haqqinda programla tehsilimi xaricde davam etdire bilerem?

    Hormetle

    Vuqar

  9. Ehed on July 1st, 2008 8:25 am

    men bilmek isteyirem ki,bu musabiqenin vaxti elan olunub,yoxsa yox?Sag olun.

  10. Elshan on July 3rd, 2008 11:48 am

    Vaxtini deyin

  11. cavid on July 3rd, 2008 1:53 pm

    men Gence Dovlet Universitetinin Filologiya fakultesinin Regionsunasliq ixtisasinda oxuyuram.Xaricde tehsil ala bilmek ucun men neylemeliyem xahis edirem melumat veresiniz

  12. admin on July 3rd, 2008 2:13 pm

    Cavid ve diger dostlar,

    dovlet hesabina oxumaq isteyirsense, meslehet gorerdim gedib TQDK veya tehsil nazirliyinden dovlet programi ile bagli melumat alasan.
    Amma eger oz hesabina oxumaq isteyirsense gerek google-de oxumaq istediyin olkede tehsille bagli axtarish etmeyin daha meqsede oygun olar.
    Saytimiza yaxin gelecekde avropanin ferqli olkelerinde tehsille bagli yazilar qoyulacaq.

    Ugurlar

  13. rena hasanova on July 3rd, 2008 2:24 pm

    salam. men ingilis dili ixtisasi uzre Universiteti bitirmishem (bakalavr). indi ise isteyirem ki, magistr kimi Almaniyada Ingilis dilinde tehsilimi davam etdirim, bunun uchun mene ne lazimdir, yeni ne etmeliyem?
    cavablandirsaniz sevinerem. onceden minnetdaram.
    Rena

  14. seyran on July 6th, 2008 8:36 pm

    SALAM!nazirler kabinetinin xaricde tehsille baqli sertlerinde magistratura tehsili ucun,xaricde tehsil alan veya univeristete ozu qebul olan, deyilir.men basa dusmurem eger men xaricee ozum qebul olmusamsa tehsil nazirliyine ve ya TQDK ya ne ucun demeliyem.Xarici univeristetler Azerbaycan ucun yer ayirmirlarmi?

  15. Aysel on July 11th, 2008 5:32 pm

    Salam. Men Inshaat ve Memarliq universitetini bitirmiwem ve magistraturani Turkiyede almaq isteyerdim. Oz hesabima da olsa. Bilmek isteyirem menim ixtisasima uygun yer varmi? Turkiyenin istenilen universiteti ola biler. xaish edirem mene melumat vererdiz. Evvelceden teshekkurler.

  16. admin on July 12th, 2008 4:16 pm

    Hormetli Aysel, Seyran ve Rena
    Efsuslar olsunki sizin bu suallarinza cavab vere bilmirik.
    Heddinden artiq cox insan yazir bize, ve catdirmaq olmur. Yaxshi olarki suallarinizin cavabini google.com-da axtarasiniz veya TQDK-ya unvanliyasiniz.
    Daimi yeniliklerden xeberdar olmaq isteyirsinizse, bizim xaricde tehsille bagli yahoo grupumuza uzv ola bilersiniz (1600-den cox uzv var) hemcinin bizim saytimizin newsletter bolmesinede mailinizi uzv ede bilersiniz.

    Ugurlar
    Emin

  17. ILAHE on July 15th, 2008 6:44 pm

    Salam. Mende Turkiyede management uzre oxumaq isteyerdim. Bunun uchunde Ankara universitetine muraciet elemishem ve mueyyen sechimler gosteribler mene. Turkiyede oxumaq isteyen telebelere deyiremki eger dogurdanda isteyirlerse birlikde muracietlerimizi edek. Tek elden ses chixmaz ;)

  18. LALE on July 21st, 2008 1:39 pm

    salam,men MEDENIYYET VE INCESENET UNIVESITETININ REJISSORLUQ fakultesinde 3-cu kursda oxuyuram(qiyabi).magistraturani turkiyede oxumaq isterdim bunun uchun ne etmek lazimdi?chox xaish edirem bu barede mene komek edesiz…….

  19. admin on July 21st, 2008 7:20 pm

    Lale,
    yaxshi olarki TQDK ve tehsil Nazirliyine muraciet edesen, veya Turkiyedeki universitetlerle elaqe qurasan.Biz bundan artig komek ede bilmirik :(

    ugurlar
    Admin

  20. Elshad Mammadzada on July 22nd, 2008 1:19 am

    Eziz dostlar, xaricde tehsil almaq coxumuzun arzusudur, nedende olmasin, ABS’da yaxshi bir soz var:
    “Tehsil en boyuk investment-dir”

    elbette eledir, sexsen tanidigim insanlar var, 150.000$ ve ya bezen daha chox pul tokub tehsil alir, elbette bunun behrsini gorecek, yaxshi univ.de yaxshi tehsil, gelecekde yaxshi heyat demekdir…

    coxunuzun tehsil le elaqeli suallari var, elbette admin bu isde elinden geleni elmeye chalishir, ama isi mutexessilerden oyerenmek daha yaxshi olardi, sizin bu suallari cavablayan xaricde tehsil uzre konsultasiya veren ve tehsil almaqda birbasha komeklik gosteren shirketlere muraciet elemeyinizi tovsiye ederdim.

    menim tovsiyyemde “Student International Exchange” shirketidir…

    daha etrafli: http://www.studentinterex.com web site’ndan oyrene bilersiniz…

    Hormetle,

    Elshad Mammadzada

  21. ilkin on July 22nd, 2008 8:07 am

    salam,tehsille baqli deyilen fikirlerle raziyam ela thesil her gencin geleceyinin teminatidir.men turizm ixtisasinda oxuyuram yeqin danilma fktdirki gelecekde azerbaycanin budcesinin esasini esasen turzimden gelen gelirler teskil edecek buna gorede bize saqlam ve ixtisasli kadrlar lazimdir, men ozum de bu sahe ile baqli tehsilimi dahada artirmaq isteyirem sizde hansi universitetlerde bununla baqli tehsil ve scholarship haqda melumat varsa bilmek isterdim.evvelceden tesekurler .

  22. admin on July 22nd, 2008 10:10 am

    Ilkin yaxshisi sende sayta abone ol, bu haqda konkret bir sey yoxdu elimizde,amma bize tez scholarship imkanlari gonderirlerki sayta qoyaq, onlarin icinde turismde olur.

    ugurlar

    p.s: shexsi meslehet eger qebul elesen, sene meslehet gorerdimki Mastr oxumamishdan evvel calish ishle, ozude xaricde, Dubai veya Antalya, ish imkanlari coxdu orda ve xaricilerin ish tapmagi asandi, ozude bir nece dil bilenlere cox ehtiyac var.:)internetden arashdir biraz.

  23. elba on July 31st, 2008 8:50 am

    men qacqinam.506 bal toplamisham atunun 3cu kurs telebesiyem.dovlet proqrami ile xaricde tehsil almaq ucun mene guzeshtler olunacaqmi?

  24. admin on July 31st, 2008 4:10 pm

    Elba, yaxshi olarki bu suali dovlete veresen bize yox :)
    Ugurlar!

  25. Matanat on August 22nd, 2008 8:41 pm

    slm.men bu il unv ya verecem xarici dillerin tercumecilik fakultesin isteyirem eger 600bali keceremse yaxwi balla qebul olaramsa xaricde tehsil ucun muraciet etsem tqdkya men yene de imtahan vermeliyem yoxsa birdefelik werait yaradilacaq imtahan neticelerine esasen?bu qeder thanks

  26. admin on August 23rd, 2008 11:57 am

    Matanat
    yaxshi olar ki, tqdk-ya er bu suallari.:)

    Ugurlar sene!
    Admin

  27. senan on August 30th, 2008 12:51 pm

    men tibb universitetinde 4-cu kursda oxuyuram.Men isteyirem ki,4-cu kursdan sonra tehsilimi Turkiyyede davam etdirmek isteyirem.Bunun ucun men ne etmeliyem?

  28. sevinc on August 31st, 2008 11:18 am

    bilmek isterdim, beynelxalg fakultesinde oxuyan telebeler nece xarici olkelerde tehsillerini davam ede bilerler?
    P.S. Men, mekteb vaxti 1 il U.S.A. da tehsil almisham, bunun mane4iliyi olmaz ki?!

  29. admin on August 31st, 2008 11:26 am

    Sevinc,
    mekteb vaxti 1 il xaricde oxumagin hec bir manecilik toretmez, eksine senin ucun daha yaxshidi.
    Diger suali ise yaxshi olardiki TQDK veya Nazirliye unvanlayasan. Men eminemki Beynelxalq elaqeler oxuyanlar ucunde nese var :)

    Ugurlar
    Emin

  30. Tural on September 4th, 2008 11:38 am

    Salam 1 sualim var,neden İstanbul Universitetinin Cerrahpasha tibb fakultesi listede var İstanbul(Capa) tibb fakultesi yok bu nasil 1 shey

  31. Huseyn on September 5th, 2008 2:42 pm

    Salam adim huseyndir.xaricde tehsille bagli maraqlanirdim.magistraturani xaricde oxumaq ucun hansi test imtahanlarini vermek lazimdi ve bu nevax olacaq/men Sumqayit dovlet universitetinin iqtisadiyyat fakultesinin telebesiyem.teshekkurler

  32. admin on September 5th, 2008 7:20 pm

    Salam Huseyn,
    Xaricde oxumaq ucun bor cox imtahanlar vermlisen, oxumaq istediyin olkeye gore deyisir. Bu imtahanlarin vaxtida deyishkendi. Yaxsi olarki sen google.com-da ozun axtar veya TQDK-ya muraciet ele (dovlet xetti ile xaricde oxumaq isteyirsense)

    ugurlar
    Emin

  33. emin on September 23rd, 2008 1:06 pm

    men bakalavr pillesini bitirmisem.ve avropada ixtisasimi deyiserek magistratura pillesine daxil olmaq isteyirem.bunun uchun hansi imtahanlar ve harda vermeliyem?

  34. vusala on September 24th, 2008 6:58 pm

    Men bakalavr pillesinde tehsil aliram. INSHALLAH magistr pillesi uzre xaricde tehsil almaq isteyirem. Maraqli melumatlar uchun teshekkur edirem. ALLAH razi olsun.

  35. cavad on October 3rd, 2008 12:21 pm

    turkiyede tehsil almaq ucun ne edim?

  36. Aziza on October 4th, 2008 3:40 pm

    Salam.Men Azerbaycan Diller Universitetinin tercume (ingilis dili)fakultesinde oxuyuram.Isteyirem ki inshallah Magistr derecesi uzre tehsilimi turkiyede davam etdirim,dovlet hesabina.Ama dunen xeberlerde eshitdim ki,dovlet hesabina olsa da pul chixir.Bilmek isteyirem eger dovlet hesabina oxusam menden pul chixacaqmi?Eger chixacaqsa ne qeder?

  37. Aziza on October 4th, 2008 3:42 pm

    bir de turkiyede tehsil almaq uchun kechirilecek imtahan baresinde hardan melumat ala bilerem?

  38. admin on October 4th, 2008 10:46 pm

    Aziza,
    efsuslar olsun ki, biz bunu bilmirik. :(

  39. cavid huseynov on October 6th, 2008 1:24 pm

    bilmek isteyiremki,eger universitetde imtahanlarimdan 3qiymeti aldigim varsa,imtahan verib dovlet hesabina turkiyede magistr tehsili ala bilerem?ve eger turkiyeye magistraturaya imtahan vermek isteyiremse hansi fenlerden imtahan vermeliyem?

  40. ervin on October 9th, 2008 8:14 pm

    salam.xarici universitetin istediyi sertifikat vardirsa,dovlet hesabina nece oxuya bilerem?

  41. zumrud on October 10th, 2008 11:06 am

    salam,men bilmek isterdim,turkiyede huquq ixtisasi uzre magister oxuya bilerem?

  42. sabina on October 10th, 2008 11:10 am

    salam, men bilmek isterdim,dovlet hesebina magistraturani turkiyede nece oxuya bilerem,telebe qebulu dovlet komisiyasindan bawqa hansi yol var,hara muraciet etmek olar?bawqa oz hesabina nece getmek olar?

  43. lamie on October 10th, 2008 8:06 pm

    salam.men BDU-nun tarix fakultesinin 2-ci kurs telebesiyem.qiymetlerim eladi ve teqaud aliram.men bilmek isterdimki,biz bu anketi hardan alib,doldurmaliyiq?zehmet olmasa bu barede melumat vererdiniz.evvelceden tewekkurler.lamie

  44. sevda on October 14th, 2008 7:55 am

    salam. men xarici dilleri bitirmisem.qiymetlerim eladır. turkiyede ve ya abşda dövlet hesabına tehsil almaq isterdim,bunun üçün ne etmeliyem ve bu anketleri hardan əldə edə bilərəm.

  45. Aliyeva on October 14th, 2008 6:08 pm

    salam men texnikumu ferglenme diplomu ile (girmizi diplomla )bitirmisem
    ixtisasim muhasib igtisadcidir
    butun gimetlerim eladir. isterdim ki xaricde tehsil alim hal hazirda ingilis dilini yaxshi bilirem amma bilmirem ki hara nece muraciet edim mene komek etseniz cox sad olardim.
    umud edirem ki mene komke ede bileceksiniz
    onceden tesekkur edirem

  46. Miss on October 17th, 2008 2:45 pm

    salam sizden bir soz sorusmag isterdim men bakalavr tehsil almag isteyirem bunun imtahanlar ne zman baslayir? muelumatlari nece elde edim?

  47. Miss on October 17th, 2008 2:46 pm

    demeli men usa da tehsil almag isteyirem

  48. leila on October 25th, 2008 7:32 pm

    salam.men sorucmaq isterdim maqistraturani xaricde davam etmek isterdim.ve bunun ucun hansi imtahan vermek lazim di?i koqda ekzameni nacinayutsa?zaranee spasibo.blaqodaru!

  49. ulviyye on October 26th, 2008 9:58 pm

    men tibbde oxuyuram.turkiyede uzmanliq oxumaq isteyirem.dovlet programi ile gede bilerem?

  50. admin on October 27th, 2008 8:10 pm

    Zehmet olmasa butun suallari dovlete verin :)
    admin

  51. Aslan Aslanli on October 27th, 2008 8:31 pm

    Admin yazib ki, dovlete suallari verin. Men dovlet deyilem, lakin hemin proqramla chox maraqlanmisham. Demeli getdik…..))

    Ulviyye xanim…. Dovlet proqraminda uzmanliq var ve getmeyiniz mumkundu. Muraciet edin Tehsil Nazirliyine, 1ci mertebe 103cu otaq, xaricde tehsille bagli deyin girishde, icheri buraxacaqlar.

    Leila xanim…. xaricde tehsil uchun ilk novbede TOEFL imtahani vermek lazimdi… azi 80 bal meslehetdi… Avropa uchun, US ve UK 90dan yuxari. Toefl imtahani ayda 2-3 defe olur… ets.org/toefl saytindan deqiq oyrene bilersiz. meslehetdi ki, fevral ayinda artiq veresiz, en geci martda.
    Bundan bashqa Univ-in seviyyesinden asili olaraq GRE ve ya GMAT score-larda istenile biler.

    Miss xanim… USA-da bachelor uchun teleb olunur… TOEFL, SAT Reasoning Test, SAT Subject Test. Normal UNIVler TOEFL + 2 SAT Subject ve ya SAT Reasoning test + 2 SAT subject test isteyirler.
    SAT subject test ashagidaki fennlerden olur:
    Maths, World History, US History, Biology, Chemistry, Physics, English Literature, Foreign language (rus dili aid deyil).

    Melumatlari ashagidaki yerlerden ala bilersiz:
    BEIC - Baki Tehsil Melumat MErkezi
    Tehsil Nazirliyi
    American Centre - sat ve toefl-a aid kitablar bollugu var orda

    ve ya menim emailime yazin: aslan.aslanli@yahoo.com

    Umid edirem verdiyim melumatlar size komek oldu.

    Hormetle, Aslan Aslanli

  52. admin on October 27th, 2008 9:29 pm

    Aslan,
    Allah senden razi olsun qardash. Hamini Aslanin yazdigini oxumaga devet edirem.
    Aslan, vaxtiniz olanda arada bu tipli informativ yazilar yazin, saytimiza qoyaq ziyaretciler oxusunlar, mene gunde en azi 2-3 mail gelir ki, ne etmeliyem :)

    Hormetle
    Admin
    Emin

  53. Nigar on October 28th, 2008 12:32 am

    Visegrad Scholarship Programda ishtirak etmek uchun toifel imtahni vermek lazimdir?

  54. admin on October 28th, 2008 10:52 am

    Nigar,
    girib saytlarina baxmaq lazimdir, veya onlarin ozlerine yazib sorusun, bu haqqda ozleride deqiq bir sey yazmayiblar.

    Emin

  55. Aslan Aslanli on October 29th, 2008 9:09 pm

    Hormetli, Admin. teshekkurlere gore chox sag olun. Chalisharam komek edim.

    Nigar xanima….. Visegrad Scholarship uchun Chexiya, Polsha, Macaristan ve Slovakiya universitetlerinden birine qebul olmaq lazimdi ve hemin universitete qebul oldugunuz haqda sened tesdiq etmelisiniz. Bir chox hallarda bu INvitation mektubu olur. Vessalam. Nece qebul olassiz, TOEFLsuz ve ya TOEFL-la, artiq o siz ishinizdi.

    Hormetle,

    Aslan Aslanli

  56. Emin on November 1st, 2008 11:38 pm

    Salam hörmətli Admin! Mən 11-ci sinif şagirdiyəm və bu il aıi məktəbə imtahan verəcəm…TQDK-nin imtahanından sonra sənədlərimi,topladığım bal haqqındakı məlumatları ABŞ vəya Kanadanın hər hansısa bir universitetinə necə göndərə bilərəm?

    Hörmətlə: Fazilzadə Emin

  57. admin on November 4th, 2008 12:32 pm

    Emin,
    xahish edirik bu sualida TQDK-ya unvanlayin :)

    Emin

  58. Nadir on November 6th, 2008 3:39 pm

    salam men Azerbaycan Texniki Universitetini bitirmisem.esgerliye gedib gelmisem.magistraturani xaricde davam etdirmek isteyirem.ixtisasim:qeyri enenevi enerji menbeleri ve ondan istifadesidir.menim ixtisasim uzre yaxin olkelerde:SNQ olkelerinde tehsil almaq ucun hara muraciet etmek olar?

  59. nicat on November 13th, 2008 10:24 pm

    salam men 2ci kurda oxuyuram ama isterdim ki xaricde tehsi alim .yaxsi olardiki dovlet hesabina ve ya basqa variantlar varsa xahis edirem mene bu haqda melumat veresiz.indiden tesekkur bildirirem hormetle niko

  60. rasad on November 16th, 2008 4:02 am

    bu tehsill novu hasi olkelerede tehsill imkani yaradir bes pul nece olacqmi? axi……..

  61. rasad on November 16th, 2008 4:07 am

    toyfull vacibdi?

  62. admin on November 16th, 2008 10:57 am

    Resad,
    1.yuxarida universitetlerin ve olkelerin siyahisi var.
    2.TOEFL vacibdir!

    ugurlar

Cavab yaz