Facebook Azərbaycan dilində
60 milyon üzvü olan «Facebook» sosial şəbəkəsi artıq Azərbayacan dilinə tərcümə edilir.
Saytı könüllü olaraq Azərbaycan dilinə tərcümə edənlərdən biri Turxan Kərimov «Turan» agentliyinə deyib ki, hazırda saytın tərcüməsi üçün bir neçə könüllü fəaliyyət göstərir, aktiv tərcümə işi gedir.
«Facebook»un dünyaca məhşur sosial şəbəkə olduğunu vurğulayan T.Kərimov qeyd edib ki, bu şəbəkədə xaricdə təhsil alan savadlı tələbələr, xaricdə yaşayan minlərlə azərbaycanlı soydaşımız var: «Saytı Azərbaycan dilinə çevirməkdə məqsədimiz inglis dilini bilməyən azərbaycanlılarla xaricdə yaşayan həmvətənlərimiz arasında daha sıx təmasın yaradılmasına nail olmaqdır. «Facebook»un Azərbaycan dilində olması internetdən istifadə edən hər bir azərbaycanlıya yeni dostlar tapmaq, onların problemləri ilə yaxından tanış olmaq imkanı verəcək».
T.Kərnimov bildirib ki, şəbəkədə qeydiyyatdan keçən hər bir azərbaycanlı istifadəçi http://www.facebook.com/translations ünvanına daxil olub, üzvlük haqqı əldə edəndən sonra Azərbaycan dilinə tərcümə edilmiş inglis sözlərinin səsverməsində fəallıq göstərərsə, bu, tərcümə işini daha da sürətləndirər. Azərbaycan dilinə tərcümə edilmiş sözlər müəyyən səs topladıqdan tətbiq ediləcək.
Mənbəə:http://mediaforum.az
Şərhlər
Cavab yaz



Yüklənir...
