ABŞ ali məktəblərinin magistraturasında təhsil
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq ABŞ-ın Fulbrayt Тələbə Proqramı üçün ilk müsabiqəsini elan edir.
Təqaüdlərlə rəqabət əsasında ictimai və fərdi sahələrdə yaxşı bacarıqlar nümayiş etdirən namizədlər təltif olunacaqdır.
Uyğunluq tələbləri:
-Azərbaycan vətəndaşlığı
-Universitet dərəcəsi (2007 – 2008 və 2008 -2009 tədris illəri üçün ölkənin ali təhsil müəssisələrinə magistr pilləsinə tələbə qəbulu çərçivəsində texniki sahələr üzrə ən azı 70, digər sahələr üzrə isə 80 bal toplayan, həmçinin əvvəlki illərdə bakalavr və mütəxəssis proqramını yüksək göstəricilərlə başa vurmuş (ən azı 4,5 bal və ya ekvivalenti) şəxslər)
-İngilis dilini bilmək səviyyəsi (kağız bazalı TOEFL üzrə minimum 550 bal)
-Liderlik keyfiyyəti və vəzifədə irəliləmək üçün potensial
-35 yaşdan aşağı
Təhsil sahələri:
-Mühəndislik
-Kənd təsərrüfatı
-Kompyuer və İnformasiya elmləri
-Arxitektura
-Nəqliyyat
-Elm
-Təhsil
-Xidmət (turizm və otel idarəçiliyi)
-İqtisadiyyat və idarəetmə
-Sosial elmlər
-Hüqüq
Ərizələr http://www.edu.gov.az və ya http://azerbaijan.usembassy.gov saytlarından əldə edilə bilər.
Tam ərizə paketinə daxildir:
1.Müşaiyət məktubu
2.Ərizə
3.Zəmanət məktubu
4.Qiymətləndirmə Testləri (seçilmiş namizədlərdən rəsmi TOEFL, GRE və ya GMAT testlərindən keçmələri tələb olunacaq)
5.Əlavə sənədlər
-Pasportun surəti
-Notariat qaydada təsdiq edilmiş ingilis dilli tərcümələrlə birgə diplom və transkriptlərin (diploma əlavə) surətləri
-İş yerindən arayış
-Tərcümеyi-hal
Ərizənin bir surəti və bütün əlavə sənədlər 12 sentyabr 2008-ci il saat 18:00-dək ABŞ Səfirliyinə (Azadlıq prospekti 83) bir surəti Təhsil Nazirliyinə (Xətai prospekti 49) təqdim edilməlidir.
Əlavə məlumat üçün 496-33-11; 496-34-00 (daxili 164; 260) nomrələrinə və ya xaricdetehsil@edu.gov.az, (Təhsil Nazirliyi) və BakuEducation@state.gov(ABŞ Səfirliyi) elektron poçt ünvanlarına müraciət edə bilərsiniz.
Ərizə forması 2007-2015-Xaricdə təhsil üzrə Dövlət Proqramı linkində yerləşdirilib.
Şərhlər
9 Şərh to “ABŞ ali məktəblərinin magistraturasında təhsil”
Cavab yaz



Yüklənir...

Salam. Bu proqram haqda bir sualım var, əgər mən hələ 4-cü kursa keçirəmsə onda növbəti il sənəd verməliyəm? Daha geniş məlumatı başqa hansı saytdan əldə etmək olar?
Ayten,
bele baxanda sen gelen sened vermelisen, cunki hele dovletin magistr imtahanini vermemisen. Amma yaxshi olardi ki, tehsil nazirliyi veya sefirlikle elaqe saxlayib onlardan sorusasan.
Admin
Hansi universitetleri yaza bilerik?
salam,
men basha dushmedim yalniz neden turk dil ve edebiyatinda tehsil almaga imkan yoxdur men fransizca magistrami qurtarmadayam ve turkce oxumaq isteyirem neylemeliyem?
sayqilarla
Ulker xanim,
siz Amerikada türk dilində oxumaq istəyirsiniz? Sizcə belə şey mümkündür?
Admin
Salam.Nisbi bal hesablananda kurs ishinden aldigim qiymetler de hesablanir?menim nisbi banlim 3.88dir.bu nece olacaq?
Əli,
artiq sened qebulu basha catiib(12 sentyabr). yazini yaxshi oxumaq lazimdir
Nisbi balla bagli sualida yaxshi olardiki TQDK-ya unvanlayasan, amma mence bu barede yazilmayibsa, yeqinki nezere alinmir.
Ugurlar sene!!!
Emin
Salamlar. Belke de movzudan kenar olacaq, amma bilmek isterdim xaricde tehsil almaq isteyirem ve eyni zamanda hem bakalavr, hem de magistratura pillesini Bakida artiq bitirmishem. Menim bu isteyimi yerine yetire bilecek mumkun vasiteler hansilardir, hansi yolla elave tehsil ala bilerem, amma xaricde (mes:London, diger Avropa olkeleri)
Shexsi mail adresime de unvanlaya bilersiniz oz cavabinizi, hormetli Admin.
Ugurlar…
Hormetle Jale.
Jale,
sen avropanin her hansi bir yerinde tehsil ala bileresen. Tehsilini davamda etdire bilersen veya yeniden Masterde oxuya bilersen, bunun ucun sadece arashdirmaq lazimdi. Yaxshi olardi ki, TQDK veya Tehsil Nazirliyinden bu barede etrafli melumat alasan.
Ugurlar!
Emin