Tibb sahəsində təhsil alan tələbələr Avropanın inkişaf etmiş ölkələrində 1 ay təcrübə keçə bilərlər

August 13, 2008 · Kateqoriya: Təhsil və təqaüd 

Bunun üçün tələbələrimiz 3 pilləli seçimdən keçməlidirlər.
07-13 avqustda Camaykanın Ocho Rios şəhərində Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyasının (IFMSA) növbəti yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanı bu tədbirdə artıq neçə illərdir ki, fəaliyyət göstərən Azərbaycanın “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin baş katibi Lalə Qasımova və birliyin üzvü Kama Babayeva təmsil ediblər. Yığıncaqda dünyanın 95 ölkəsindən 1000 nəfər tibb tələbəsi iştirak edib.

Tədbirdə elmi və ixtisas mübadilələri üzrə 30 razılaşma imzalanıb. Razılaşmalara əsasən 3 pilləli seçimdən keçəcək tibb tələbələrimiz Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Norveç, Niderland, Avstriya, Türkiyə, Polşa, Macarıstan və digərlərində hər biri 1 ay olmaqla təcrübə keçmək imkanı qazanacaqlar.
Tədbirdə IFMSA-nin dəstəyi ilə “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin həyata keçirəcəyi “Tibb Təhsilində Bolonya Prosesi və Müasir Tədris Metodları” adlanan layihə Tibb Təhsili Komitəsində və IFMSA-nın layihə təqdimi bölümündə təqdim olunub.
Bundan başqa cəmiyyətin baş katibi Lalə Qasımova İFMSA-nın elmi mübadilə komitəsinə inkişaf üzrə koordinator seçilib.
Eyni zamanda Azərbaycanı tanıtmaq məqsədilə tədbirdə müxtəlif çap məhsulları paylanıb, milli mətbəximizdən ən ləziz nümunələr də tədbir iştirakçılarına təqdim olunub.

Son 2 il ərzində tibb tələbələrimiz Gənclər və İdman Nazirliyinin və “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin dəstəyi ilə müxtəlif ölkələrdə 30-a yaxın mübadilə proqramlarında iştirak ediblər.
Azərbaycan 2005-ci ildən IFMSA-nın üzvüdür. Bu təşkilatda Azərbaycanın üzvülüyünü şərtləndirən əsas amillər kimi tibb sahəsində təhsil alan tələbələr üçün İFMSA tərəfindən təkilif edilən mübadilə prqoramlarını Azərbaycana gətirmək və Avropa təhsil məkanına inteqrasiya istiqamətində islahatlara töhvə verməkdir. Beynəlxalq Tibb Tələbələri Assosiasiyası qeyri-dövlət, qeyri-siyasi, qeyri-dini beynəlxalq təşkilatdır. 1951-ci ildə yaradılıb. Hazırda dünyanın 95 ölkəsindən 102 tibb tələbə təşkilatlarını özündə birləşdirir. İldə 2 dəfə olmaqla dünyanın ayrı-ayrı ölkələrində görüşlər təşkil edir.

Mənbəə /ANS PRESS/

Şərhlər

2 Şərh to “Tibb sahəsində təhsil alan tələbələr Avropanın inkişaf etmiş ölkələrində 1 ay təcrübə keçə bilərlər”

  1. konul on August 21st, 2008 5:08 pm

    salam.tibb tehsilim var.1ayliq tecrube almaq isteyirem.hara muraciet etmeliyem?daha etrafli bu haqqda haradan oyrene bilerem?sağ olun

  2. admin on August 23rd, 2008 12:00 pm

    Konul,
    “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin, siz yaxshisi bu cemiyyetin adresini tapin ve onlara muraciet edin. Hemcinin birazda google.com- da da ozunuz axtarin.

    Ugurlar
    Emin

Cavab yaz