FASE Mican Forumundan video

September 9, 2008 · Filed Under Azərbaycan, Video · 1 Şərh 

«Yarım milyon azərbaycanlı ilə heç kim maraqlanmır»

August 16, 2008 · Filed Under Azərbaycan · Şərh 
Müharibə Gürcüstanın başqa bölgələri kimi azərbaycanlıların sıx yaşadığı Borçalı mahalını da yerindən oynadıb. Borçalı - indiki adıyla desək, Kvemo-kartli bölgəsi döyüş meydanından uzaqdadır, amma rus qoşunlarının hücumundan sonra bu yerlərin də əhvalı, yaşayış tərzi dəyişib. İndi burada da əsgər yolu gözləyirlər…
Məmməd dayı deyir ki, indi kəndlilərin qulağı səsdədir ki, bu saat bombalar partlayacaq. O, Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndindədir:
«Qonşu kəndə 25-ə qədər bomba düşüb, xoşbəxtlikdən partlamayıb. Amma hokumətdən heç kim gəlib bununla maraqlanmır, bombaları zərərsizləşdirmək barədə fikirləşən yoxdur. Cəmi bir dəfə mütəxəssislər baxıb gediblər».

Davamı

BTC təhlükədə?

August 12, 2008 · Filed Under Azərbaycan, Bunları bilirdinizmi?! · 1 Şərh 

Gürcülər deyirlər ki, BTC borusunu partlatmaq istəyir ruslar. Hətta 1-2 kanal dedi ki, ruslar artıq vurdular BTC-ni. Necə olursa olsun BTC təhlükədədi və bir dənə bomba vursalar ona necə günlərlə yanacaq. İraqdakı borular amerikanlar bombalayandan sonra həftələrlə yandı. Amma, amerikanlar demişkən “guess what?”. BTC indi boşdu, çünki PKK partlatdı 8-9 gün əvvəl, və indi borudan neft getmir. Ruslar BTC-ni vursalar nə əla, bütün dünya görərki ruslar Qərbin neft asıllılığını özündə saxlamaq istəyir. Məncə ruslar vurmasalar da, gürcülər özləri borunu vurub sonrada videoya çəkib deyəcaklər ki, baxın ay dünya ruslar vurdular borumuzu. Mən gürcü olsam elə edərdim. Rus raketləri qara bazarda doludu, 2-3 dənə alıb gizlincə borunu vurardim və raketin qalıqlarını çəkib hamıya göstərərdim. Amma buna ruslar demişkən dux lazımdı, alınmasa və üzə çıxsa bütün planlar alt üst ola bilər.

Məncə fikirləşməyə dəyər, PKK-nın borunu partlatmağı ela belə aksiya idi yoxsa bu əvvəldən düşünülmüş plandı. Hmmmm, Allah bilir.

Bütün dünya liderləri Pekinə gediblər, Saakaşvili isə oturub Tbilisidə hücüm planı hazırlayır. Sonrada Davamı

İlk olimpiya medalımız/Elnur Məmmədli

August 11, 2008 · Filed Under Azərbaycan · 1 Şərh 

Halal olsun!!!!!
Cüdoçumuz Azərbaycana Olimpiya oyunlarında ilk qızıl medalı qazandırdı

The image “http://www.anspress.com/ansphoto/judo-6.jpg” cannot be displayed, because it contains errors.Bu gün Olimpiadada keçirdiyi 4 görüşü də “ippon”la qalib gələrək finala çıxan cüdoçumuz Elnur Məmmədli (73 kq), finalda Cənubi Koreyalı Ki Çun Vanq rəqibini “ippon”la məğlub edərək olimpia çempionu oldu.
Qeyd edək ki, Elnur Məmmədli ilk döyüşdə Belçikalı rəqibi Van Tiçhelt Dirki, İkinci döyüşdə Belaruslu Konstantin Semyenovu , ¼ finalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Kim Çol Sunu, yarımfinalda isə İran cüdoçusu Əli Malomatı “ippon”la məğlub məğlub edərək təmiz qələbə qazanmışdı.

Mənbəə: http://www.anspress.com/
Elvin Rəsul/ANSPRESS/

Yazının ardında şəkillər var.
Davamı

Maraqlı yazı

August 4, 2008 · Filed Under Azərbaycan · Şərh 

Bu linki bir yahoo qrupdan aldım. Maraqlı yanaşmadı amma məncə yanaşmanı edən adam yalnış adamdı və nə demək istədiyinidə tam deyə bilməyib. Çox səthi yanaşıb məsələyə. Elə buna görədə çox sərt reaksiyalar var.

Buda link: http://www.versiya.az/?p=462

Bu ermənilərlə axır əvvəl barışmalıyıq və mən heçdə istəmirəmki bu yenidən qan töküləndən sonra olsun. Məncə biz barışmağı, ermənilərdə üzr istəməyi öyrənməlidirlər. Bunlarla yanaşı, biz bir birimizə “atmamağı” ermənilər isə yalan danışmamağı öyrənməlidirlər.

Əlvə olaraq biz ermənilərdən birlik qurmağı öyrənməliyik. Gəlin boynumuza alaq ki, onları bunu çox yaxşı edirlər. Ermənilər isə bizdən nə lazımdısa artıq öyrəniblər.

Bu mənim həmən məqaləyə şərhimdi. Sizdə şərh yazmağı unutmayın (bizim saytada :) )

« Əvvəlki səhifəSonrakı səhifə »