Təbiəti korlamağın sonu

August 28, 2008 · Filed Under Bunları bilirdinizmi?!, Ordan-burdan, Video · Şərh 

Jurnalist belə olar!

August 17, 2008 · Filed Under Bunları bilirdinizmi?!, Ordan-burdan, Video · Şərh 

Andrew Mwenda Afrikaya edilən yardımların ziyanları barədə danışır. Əgər vaxtınız varsa videoya axıra qədər baxın. Mən bu videoya çoxdan baxmışdım və baxdıqdan sonra 2-3 gün Afrika barədə internetdə qarşıma nə çıxdısa oxumuşdum. Mən çox istərdim ki, bizdə də belə jurnalistlər olsun.
Andrew haqqında əlavə məlumat üçün bura gir.

Lətifə

August 15, 2008 · Filed Under Bunları bilirdinizmi?!, Ordan-burdan · Şərh 

Dövlət əmlak komitəsinin keçmiş sədri xarici qonaqları hanısa muzeyə aparıb onlara müxtəlif eksponatlar barəsində ingilscə nələrsə danışmağa çalışır.
Nümayəndə heyəti, azərində əjdahanı öldürən Bəhram təsvir olunmuş xalçaya yaxınlaşır.
Barat Nuriyev izah edir:
- Eee, on this picture you can see (bir qədər düşünərək) eee… Azebaijan national hero Bakhram… eee… killing (bir qədər düşünərək) … eee… Azerbaijan national animal (uzun müddətə fikrə gedir)… eee… CROCODILE!

BTC təhlükədə?

August 12, 2008 · Filed Under Azərbaycan, Bunları bilirdinizmi?! · 1 Şərh 

Gürcülər deyirlər ki, BTC borusunu partlatmaq istəyir ruslar. Hətta 1-2 kanal dedi ki, ruslar artıq vurdular BTC-ni. Necə olursa olsun BTC təhlükədədi və bir dənə bomba vursalar ona necə günlərlə yanacaq. İraqdakı borular amerikanlar bombalayandan sonra həftələrlə yandı. Amma, amerikanlar demişkən “guess what?”. BTC indi boşdu, çünki PKK partlatdı 8-9 gün əvvəl, və indi borudan neft getmir. Ruslar BTC-ni vursalar nə əla, bütün dünya görərki ruslar Qərbin neft asıllılığını özündə saxlamaq istəyir. Məncə ruslar vurmasalar da, gürcülər özləri borunu vurub sonrada videoya çəkib deyəcaklər ki, baxın ay dünya ruslar vurdular borumuzu. Mən gürcü olsam elə edərdim. Rus raketləri qara bazarda doludu, 2-3 dənə alıb gizlincə borunu vurardim və raketin qalıqlarını çəkib hamıya göstərərdim. Amma buna ruslar demişkən dux lazımdı, alınmasa və üzə çıxsa bütün planlar alt üst ola bilər.

Məncə fikirləşməyə dəyər, PKK-nın borunu partlatmağı ela belə aksiya idi yoxsa bu əvvəldən düşünülmüş plandı. Hmmmm, Allah bilir.

Bütün dünya liderləri Pekinə gediblər, Saakaşvili isə oturub Tbilisidə hücüm planı hazırlayır. Sonrada Davamı

Bunu bilirdinizmi?! Qadın alveri.

August 1, 2008 · Filed Under Azərbaycan, Bunları bilirdinizmi?!, Dahilər · Şərh 

2002-ci ildə Dubaydan Azərbaycana 900-a yaxın azərbaycanlı qadın deportasiya olunub. Onları evə qaytarmaq üçün 2 təyyarə ayırmışdı ərəblər. Təxmin edin görək bu qadınlar orda nə işlə məşğul idilər???
Düz tapdınız! Fahişəlik. Böyük qismidə bu işi görməyə zorlanıblar. Ərəb qəzetlərində bu barədə xeylaq yazılıb o vaxtı amma bizdə 1 kəlimədə danışılmadı bu barədə.

Fahişəlik və azyaşlı qızların cinsi istismarı Azərbaycanda cox böyük sosial problemdi və bu barədə heç danışmırıq və ya danışmağa qorxuruq.

Maraqlananlar üçün əlavə linklər (bunları oxuduqca adamın tükləri biz biz olur):
http://www.gvnet.com/childprostitution/Azerbaijan.htm
http://www.iwpr.net/?p=crs&s=f&o=160796&apc_state=henicrs2003