Lütfi Zadə kimdir?
Lütfi Zadə - Lütfi Rəhim oğlu Ələsgərzadə idi. Artıq xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir.
L. Professor Lütfi Ələsgərzadə və yaxud dünyada Lüfti Zadə adı ilə tanınan 4 Fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi.
Onun atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri oxumuş insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun öz həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft və milyonlar şəhəri Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burada kommersiya ilə məşğul olmaq qərarına gələndə valideynləri ona bu işdə kömək olacaqlarını bildirdilər. Davamı
Hacı Zeynalabdin Tağıyev
Bütün müsəlman ələmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. On yaşına çatanda atası onu bir bənnanın yanında palçıq daşımağa düzəldir. 12 yaşına çatanda artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra podratçılıqla məşğul olmağa başlayır. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlarkən onun risqli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb, quyu qazdırır, lakin quyu neft vermirdi.
Davamı



Yüklənir...
