Mobilməcələr və ya teleduzluq

Iyul 25, 2008 · Kateqoriya: Azərbaycan · Şərh 

Bu meqaləni oxumağa dəyər, burda yazılanlar bir çox insanın başına gəlib, elə mənimdə.

Azərbaycandan kənarda yaşayan həmyerlilərimizdən bir qrupu ANS-ə müraciət edərək olduqca maraqlı bir hadisə ilə bizi tanış etdilər. Fakt özlüyündə çox maraqlı idi. Əslində giley pis rabitədən, Azərbaycanla əlaqə saxlamağın demək olar ki, bəzən ümumiyyətlə mümkün olmamasından idi.

Düzdür, Azərbaycanda rabitə uzun müddət bərbad vəziyyətdə olub. Amma bütün bunlar çoxdan olub. 15-20 il əvvəl. Başqa telefona düşmək, səsin çox zəif gəlməsi kimi hallar da yəqin ki, ancaq orta və yaşlı nəsillərin yadında olar. ANS-in əməkdaşı məxsusi olaraq şikayət mövzusu ilə bağlı ezamiyyətə göndərildi. Ezamiyyətdən qayıdandan sonra elə faktlar danışdı ki, necə deyərlər qulaqlarımıza inanmadıq. Elə siz də inanmayacaqsınız yəqin. Baxmayaraq ki, məsələ elə qulaqla bağlıdır. Bizi qulaqlayırmışlar…
Davamını oxu